• Yaradıcılıq Gül ki, güləsən Qalereya Musiqili səhifə Bir baş kabinetə!..
  • ...

    Təqdimat: Məni ara-sıra dövrü mətbuatda yazdığım yazılardan tanıyanlar var. Sənət və sənətkarlardan yazmağı sevirəm. Yalnız yaxınlarım və dostlarım bilir ki, başqa maraqlarım da var. Hərdən tikirəm, düzəldirəm, yapışdırıram, yonuram, rəngləyirəm, çəkirəm, toxuyuram, bir sözlə «əllərim dinc durmur». Sonra da evimdə təzə işi asmağa divar, qoymağa dolab tapılmır. Nəticədə əmələ gəlmiş yeni iş evin bir hisəsinə çevrilir. Əvvəlcə həmən küncə lap yaraşmasa da sonradan sanki doğmalaşır, ev sakininə çevrilir. İşlərimi satmağı heç ağlıma da gətirmirəm, axı ev sakinini satmazlar, deyilmi? Bəlkə bir gün işlər artıb qapıdan bayıra tökülən bir gün işlərimi sərgilədim. Amma hələ ki, ehtiyac yoxdu, bir yerdə yaxşı yola gedirik. Evimin çardağında hələ nə qədər yonulmamış taxta, rənglənməmiş budaqlar var. Onlara yeni don geydirib evdəcə yerləşdirməyə yerim çatmasa da fantaziyam artıqlamasıyla çatar.

    Maraqlar

    Latest Works

    .....

    Bu, dünyaya bir baxışdı, çərçivələri yırtıb öz çərçivəsini qurmaq cəhdidi. Çərçivəsiz dünyaya xoş gəlmisiz…
    Buyurun...

    Bu yaşacan yetişdirdiyim, bəslədiyim bitkilər o dünyada qarşıma çıxsa elə bilərəm ki, cənnətdəyəm..
    Buyurun...

    Bütün gördüklərini yaziya, fotoya almağa, rəsmdə əks etdirməyə insan ömrü çox azdı.
    Buyurun...