Bitki, heyvan və insan.. Yoxsa əksinə?
Allah insanlar arasında
seleksiya məqsədilə içkini haram bilmiş
Bütün dinlər insana sadə həyat həqiqətlərini aşılamağa çalışır:
özünü məhv eləmə, içmə, acgöz olma, zinakarlıq eləmə, başqasının malına
göy dikmə, oğurlama, öldürmə və s. Yəhudilər və xristianlar sadə əmrləri
10 punkta yerləşdirə bilib. Müsəlmanların işi bir az çətindi. Adam olmaqçün
Quranın bütün məsləhətlərinə riayət etmək lazımdı. Sadələşdirmək olsaydı
mahiyyət etibarilə Quran da həmin sadə əmrləri insana çatdırır. Kimə
çatır, kimə yox bu artıq subyektiv yanaşmadı.
İçib tində yatan, ətrafındakı 5 metrlik diametrin havasını dəhşətli
dərəcədə korlayan sərxoş içməmişdən nə əvvəl, xüsusilə də sonra göydən
gələn əmrləri heç fikirlərinə yaxın da buraxmır. Əyyaşlıq, sərxoşluq
və s. insana yaraşmaz əməllər gördükdə adamın bu fərdlərə yazığı gəlir
və düşünürsən ki, Allahın bir heyvanı da özünü bu günə salmazdı, necə
ki, bu bədbəxt salıb. Tüpürcəyini ağzında saxlaya bilməyən sərxoşun
dediklərinə qulaq asmalı olanda Darvin nəzəriyyəsinin bir daha süqutunu
görürük. Bu insan heyvandan bir addım da irəli getməyib. O, sivilizasiyanın
ağırlığını çiyinlərində necə daşısın axı? Amma sonra bəşəriyyət tarixinə
və eləcə də BBS, «Discovery» kanallarının yayımladığı təbiət verilişlərinə
baxıb bizim heyvanlara nə qədər yaxın olduğumuzu anlayırsan.
İnsanlardan fərqli davranış.
Oranqutan meymununun dişisi gələcək əriylə süfrə arxasında
tanış olur. Dişi erkəyin qarşısındakı yeməyi oğurlayıb bir addım kənardan
onun reaksiyasına baxır. Bu o deməkdir ki, erkək oranqutanın cütləşmək
şansı var. Alimlər deyir ki, insanlardan sonra oranqutanlar ən əliaçıq
məxluqlardır. Sumatra və Borney oranqutanlarınnı əməllərini izləmiş
alim Van Noordviyk deyir ki, onlar daima bir-birinə yemək verir və əvəzində
heç nə istəmirlər. Nə seks, nə tüklərin arasındakı bitlərin təmizlənməsini,
nə də sürüdə dəstək tələb edirlər. İnsanlardan fərqli davranış. Bəzi
insan fərdləri var ki, bir qab xörək verdiyi adamdan az qala bütün ömrünü
tələb edir. Müşahidələr təsdiqləyir ki, yemək zamanı meymunlarda birinci
addmı dişi atır. O, süfrədən oğurluq edəndən sonra qaçıb yeməyi gizlində
yemir. Ona daha artığı lazımdı. O, erkəyin keyfiyyətini yoxlayır. Əgər
erkək meymun çığıpıb yeməyini geri tələb eləsə dişi oğurladığını götürüb
qaçır. Erkək sakitcə dursa dişi ona yaxan gəlir. Demək bu cütlük yaxın
zamanlarda həm də seksual patrnyor olacaq. Bu sadə testlə dişi erkəyin
keyfiyyətini sınaqdan keçirir.
Meymunlarda feminizm və gender bərabərliyi adlı problem yoxdur
Bu əhvalat insan növünün erkəyini süfrə arxasında, yəni restoranda sınaqdan
keçirmək cəhdlərinə bənzəyir. Adətən qadınlar da simic kişilərdən qaçır.
Kişi üçün ilkin imtahan elə əliaçıqlıqdan başlayır. Məsələ restorana
və yaxşıca yemək-içməyə qədər çatdısa demək ardı da olacaq, tez ya gec.
Amma bilinmir ki, bu fəndi meymunlar bizdən, yoxsa biz onlardan öyrənmişik.
Müşahidə etmiş alimlər deyil ki, meymunlar bir-birini 4 əlləri və ağızları
ilə yedizdirməyi sevir. Dişilər özləri yemək əldə etməi bacarsalar da
erkəyin verdiyi qidadan imtina etmirlər. Necə deyərlər feminizmə və
gender bərabərliyinə heç yer yoxdur. Hələ onu da deyirlər ki, dişi oranqutanlar
2 erkəyin davasına ləzzətlə baxdıqları halda özlərinə qarşı aqressiyaya
dözmürlər. Zəif olduqlarını bilsələr də erkəyin cavabını verirlər. Zorakılığa
qarşı cavab verməyi bacarmayan insanlar kimi müti və aciz deyillər.
İnsanlar heyvanları da yaşamağa qoymur
Heyvanlar da içən olur. Əlbəttə, təbiətdə spirtli içkilər
istehsal edilmir. Amma əllərinə düşən kimi heyvanlar, hətta bitkilər
də bundən imtina etmirlər. Ən çox içən heyvan itdir. İtin alkoqolik
olması halları da çoxdur, çünki insana daha yaxın yaşayır. İçən itlərdən
danışanda pivə barı qarşısında içki dilənən it barədə əhvlatı xatırlayırlar.
O, bara girib çıxanlardan yalvarışlı baxışlarla qarşısındakı dəmir qaba
heç olmasa bir qurtum içki süzməyi dilənirmiş. Amma əvəzində o, itin
fəxri olan qabliyyətini, iybilmə düyğüsünü itirmişdi. Bizim dillə desək
itliyindən çıxmışdı.
Sərxoş pinqvin daha gülməli görünür. Britaniya zooparklarından birində
zoopark işçisi pinqvini özüylə bara aparırmış. Yəni ki, pinqvini yoldan
çıxaran insan olub. Məsələ açılanda işçini qovmalı, pinqvini içə müalicə
etməli olurlar. Ev heyvanları- inək, donuz, ördək və qazların sərxoşluğundan
hamı xəbərdardır. Onlar da insanın əməllərinin qurbanı sayıla bilər.
Onlar da spirtlli içkini həvəslə qəbul edirlər. Bir dəfə anbara səfər
edib bir qıraqda düşüb qalmış qazları sahibi ölü bilib tüklərini yolub
atmışdı. Amma az sonra qazlar ayılmışdı və 2 ay tüksüz gəzirdilər.
Alkoqol təbiətdə də var
Quşların hər şeyin dadına baxmaq qabliyyətini hamı bilir.
Təbiətdə onlar alma və giləmeyvələrin lap dəymiş meyvələrini dimdikləyib
sərxoş olur və budaqda yuxulayırlar. Belə vaxt onları əllə tutmaq olur.
Amma belə sərxoşluq uzaqbaşı 2 saata keçir. Meymunlar da qıcqırmış meyvələri
yeyib ora-bura sərələnməyi sevir. Amma meymunlar sərxoş olanda quşlardan
fərqli olaraq dəlisov olur və budaqlara dırmaşıb çığırışırlar.
Zürafələrin yediyi yarpaqlarda alkoloid olanda onlar bunu hiss edir
və yemirlər. Amma arabir onlar da sanki yoldan çıxır və zürafələr üçün
zəhər olan yarpaqları cumur, onları yeyib sərxoş olarlar. Fillər içməyi
özləri hazırlayır. Çala tapıb ora müxtəlif meyvə və yarpaqlar doldurur
və yalnız qıcqırandan sonra yeyirlər. Bir növ meyvə kokteyli hazırlayıb
içəndən sonra onlar da dəli kimi meşələrdə qaçıb şuluqluq edir. İnsanlara
daha yaxın yaşayan milçəklər və tarakanlar daha möhkəm içkilərə üstünlük
verirlər. Xüsusilə də portveynə. İnanmırsızsa yay günü bir qab içkini
açıqda qoyub müşahidə edin. Kəpənəklər də meyvələrin qıcqırmış şirəsini
içməyi sevir. İlbizlərin pivə üçün lap ürəyi gedir. Əgər ətrafına pivə
töküb ilbizləri toplasan içib qurtarmamış onları pivədən ayırmaq mümkün
deyil. Pivə çox olsa onlar pivədə boğulanacan kənara çıxmırlar və ordaca
boğulmağa razıdırlar.
Arılar da alkoqolikdir. Onlar sərxoş olanda öz əməllərinə görə məsuliyyət
hissini itirirlər. Yəni çiçək tozu yığmaq əvəzinə ayılmaq üçün ürəyi
istədiyi, sevdiyi yerlərə uçmağa başlayırlar. Arıların içkisi çiçəklərdə
olur. Bəzi təbii təsirlərin nəticəsində çiçəiyn tozunda alkoqol əmələ
gəlir. Alimlər arıya şəkər şirəsi və 80 faizlik spirt təklif edəndə
onlar tərəddüdsüz spirti seçirlər.
Bir qaşıq koyak çiçəyi dirçəldə, insanı isə öldürə bilər
Heyvanlar və həşəratlar bir yana, bitkilər də alkoqolik olur. Oksfort
uniersitetinin binasına dırmaşmış sarmaşıq budaqlarından birini binanı
zirzəmisindəki şərab çəlləyinə salıb balaca deyikdən onun hamısını içib
qurtarmışdı. Bununla da özünə heç bir ziyan vurmamışdı. Əlbəttə, insanlar
şərabı hazırlayıb zirzəmiyə qoymasaydı sarmaşıq şərabın dadına baxa
bilməzdi. Bəzən belə hadisələri oxuyanda insanın heyvanat və bitki aləmindən
yüksəkdə olub fərqlənməsini arzulayırsan. Bir qədər də məsuliyyət hissi
insanı özünü toparlamağa məcbur edir. Ola bilər bir qaşıq konyak ölməkdə
olan çiçəyi dirçəldə bilər. Amma qədimdə şahların, çarların zamanı heyvanların
sərxoşluğunun qarşısını alan əmrləri vardı. Məsələn, ov qızılqüşlarının
yanında içib- çəkmək qadağan idi ki, onlar da baxıb bu işi təkrarlamasınlar.
Onlar da insanlar kimi ziyanlı hərəkətlərin aludəçisi olmasınlar.
Dinimiz içkini qadağan edir. Damarları genişləndirməkçün içilən 50 qram
spirti də, hemoqlabini qaldıracaq bir qaşıq konyakı da. Yəqin bu qadağanı
göndərənlər insanın aludə olmaq kimi zəif yerini də yaxşı bilirmiş.
Bağçılıqda alkoqol vasitəsilə alaq otlarını təmizləmək üsulu da var.
Toxumdan əvvəl hazırlanmış torpağa alkoqollu su səpilir. Bu su alaq
otlarını qısa müddətdə inkişaf etdirir. Bağban onları asanlıqla qoparıb
sonra öz toxumunu səpir. Bu bir az qiyamət gününün ssenarisinə bənzəyir.
Alkoqol saf insanı lazımsız gen daşıyıcılardan ayırmaq üçün yaxşı vasitə
imiş. Seçmək hüququnu əlinizdən alan yoxdur…