Yevgenika- irqi gigiyena
Genetiklər deyir, ən
yaxşımızda o qədər pis, ən pisimizdə o qədər yaxşı var ki…
Yunancadan tərcümədə yevgenika yaxşı irsiyyət, cins deməkdir.
Bu termin 20-ci əsrin ilk illərində məşhur ifadə idi. Sonralar faşist
Almaniyasını xatırlatdığından onu unutmağa çalışıblar. Çünki onun adı
irqi gigiyena, fişistlərin insan üzərində təcrübələriylə yanaşı çəkilirdi.
Yevgenika Homo Sapiens növünə aid olan məməlilərin seleksiyası barədə
nəzəriyyədir. Bu nəzəriyyə həyatda işləyir, ya yox biz bunu araşdıracağıq.
***
İnsan övladı lap qədim dövrlərdən heyvandarlıqda seleksiya
üsulları ilə tanış idi. Nuh peyğəmbərə gələn əmrdə deyilirdi ki, gəmiyə
hər cinsdən bir cüt - ən sağlamını, ən layiqlisini götürsün. Dünyanı
sel-su aparanda əslində Nuh peyğəmbər də bir növ selesiya ilə məşğul
idi.
İnsanın təkamülünü nəzarət altına almaq yeni deyil. Qədim xalqlar eybəcər
və xəstə uşaqlarını məhv etməklə əzabdan azad edirdilər. Qədim dünyada
yevgenikaya nümunə kimi spartalıların tərbiyə sistemini göstərirlər.
Burda şikəst adamın nə böyümək, xüsusilə də nəsil vermək şansı onsuz
da yox idi. Spartada tətbiq edilən sərt tərbiyə üsulu özü yararsızları
sıradan çıxarırdı. Platon da dövlətin vətəndaşların nəsil vermə məsələsini
nəzarətə götürməsinin vacibliyindən həmişə danışıb. O, deyirdi ki, əlilləri
və öz günahından şikəst qalmışları müalicə etmək lazım deyil. Mənəvi
yaramazları isə edam etmək lazımdı. Cinsi yaxşılaşdırmaq məqsədilə keyfiyyət
kişi və qadınların qısa müddətli izdivacını alqışlamaq lazımdı.
Yararsızları məhv etmə proqramı
Yevgenika sözü 1883-cü ildə Frensis Qalton tərəfində formulə
edilib. Nəzəriyyənin ilk eskizlər 1865-ci ildə yazdığı «İrsi istedad
və xasiyyət» məqaləsində cızılıb. Qalton rasist idi və zəncilərə nifrət
edirdi: «Dünyanın zəif millətləri bəşəriyyətin ali nümayəndələri üçün
yerlərini boşaltmalıdır». Onun fikricə kasıb və xəstələrin nəsil vermək
hüququ olmamalıdır. Yevgenika elmi dairələrə yol açdı və bəzi yerlərdə
dövlət səviyyəsində tətbiq edildi. Amerikada 1920-1950-ci illərdə yevgenika
üzrə proqramla icra edilirdi. Yevgenika tərəfdarları əmin idi ki, Amerikada
sterilizasiya proqramı yaxşı işləsəydi 100 ildən sonra ölkənin 90 faiz
cinayətkarlğın öhdəsindən gəlmiş olardılar. Elə indi də Amerikada seksual
zəmində cinayət etmiş adamın ömrlük cəzanı könüllü axtalanmaqla əvəz
etmək imkanı var. 1934-1976-cı illərdə İsveçdə «yararsızlar»ın məcburi
kastrasiyası proqramı işləyirdi. Bənzər proqramlar Norvecdə, finlandiyada,
Estoniya və İsveçrdə də vardı.
Mühit insanı, yoxsa insan mühiti?
Dünya duranı adamlar mübahisədən yorulmur: «İnsana irsiyyət,
yoxsa tərbiyə, ətraf mühit daha artıq təsir edir?». İnsanı ölçməyin
də bir yolu var, onun İQ, yəni intellekt göstəricisi əmsalı ilə. Bu
da faktdır ki, doğma ananın yanında bəslənən uşaq götürülmüş uşaqdan
İQ göstəricisin görə həmişə irəlidə olur. Yəni ki, yetimxanadan uşağı
götürüb ovcunun içində saxlasan da uşaqlar öz valideynlərinə oxşamaqda
davam edir. İndi Qərbdə çox yaxşı təhciz edilmiş uşaq evləri və oğulluğu
götürmək üçün rahat sistem var. Amma nədənsə ananın imtina edib zibil
yeşiyinə tulladığı uşağı normal ailə götürəndən 10 il sonra çox vaxt
geri qaytarır. Çünki 10 illik zəhmət onun gen yaddaşında dəyişiklik
edə bilmədi. Məlumdur ki, müxtəlif şəraitdə tərbiyə almış əkizlər heç
bir-birini görməsələr də oxşar cəhətlərdən azad olmurlar. Onlar eyni
İQ göstəricisi nümayiş edir.
Mühit insanı cilalayır, bu hamıya məlumdur. İnsanın yaşam tərzi beynində
qüsur əmələ gətirirsə onda mühit qalib gəlir. Yəni dahi valideynlərin
uşağı 10 yaşından alkoqoliklərin uşağıyla araq içirsə bir neçə ildən
sonra onlar arasındakı uçurum silinir və potensiallı uşağın bütün üstünlükləri
yoldaşları səviyyəsinə enir. Mühitin özünü dəyişmək cəhdləri də böyük
fəsadlar verir.
Birini düzəldirsən, o biri pozulur…
Bəzən gen bir neçə qonşu keyfiyyətlə birlikdə təzahür edir,
ona görə ki, bir xromosom sırada yanaşıdırlar. Məsələn, solaxaylar zəhərlərə
qarşı daha davamlıdır. Talassimiya kimi irsi xəstəlik iki dəfə təkrarlanandan
sonra ölümlə nəticələnir, bir dəfə təkrardan sonra isə nəsli maleriyaya
qarşı dözümlü edir. Ona görə də zəncilər arasında maleriya epidemiyası
olanda əksərən talessimiya daşıyıcıları sağ qalır. Həmin səbəbdən insanın
gen fonduna müdaxilələr çox təhlükəlidir. Bir xəstəliyi sıradan çıxarmaqla
o birilərinə böyük imkanlar açılır. Kəndlilər bilir ki, torpağı çox
gübrələyəndə, zərərvericilərə qarşı ağıllı başlı müharibə elan edəndə
son məqamda elə bir göbələk növü ortaya çıxır ki, bütün məhsulu məhv
edir. İnsanlar belə hadisələr qarşısında acizdirlər. İnsan cəmiyyətində
də adi qripə qarşı daha artıq müqavimət göstərdikcə virus mutasiya edir
və insanın bacara bilmədiyi monstra çevrilir. Homofiliya ilə hər şey
aydındır, çünki bu anadangəlmə hədiyyədir. Olur ki, normal irsiyyətilə
insan bütün keyfiyyətlərini tində oturub meyxana deməklə və içki içməklə,
axmaq adamlarla ünsiyyətdə itirir.
Dövlət cinayətkar yetişdirməyə kömək edir
Yevgenikanın 2 növü var: müsbət və mənfi yevgenika. Yaxşı,
yararlı insanların yetişdirilmsi müsbət yevgenikaya aiddir. Mənfi yevgenika
irsi qüsurları olan insanların nəsil vermək imkanının məhdudlaşdırılmasıdır.
Müsbət və mənfi yevgenika arasında sərhədlər şərtidir. Əgər 7 arxa dönəni
alkoqolikin balası 5 il vurma cədvəlini öyrənə bilmirsə burda artıq
söz demək lazım deyil. Amma çubuğun o biri başında kənd ucqarlarından
çıxan fitri istedadlar durur. Cəmiyyətin artıq-urtuğunu yığışdırsaq
lomonosovların də nəsli kəsiləcək. Təbiətin bax belə qəddar qanunlar
var. Xalqın geni «bişirilən» qazanı vaxtaşırı təmizləmək vacibdir. Hamı
bilir ki, nəcis həmişə üzə qalxır. Kəfgirlə onları cəmiyyətin üzündən
təmizləmək vacibdi.
Yevgenika barədə danışanda dediklərimiz çox qəddar səslənir. Nalayiq
adamların nəsil artırmaq imkanını məhdudlaşdırmaq işini əslində polis-məhkəmə
sistemi artıq icra edir. Cinayətkarın türmədə islah olunması hadisəsi
nadir halda baş verir. O, azadlığa çıxan kimi qarşısına çıxan ilk fahişəyə
evlənir və 1-2 ildən sonra cinayət edib yenədən öz «evinə» qayıdır.
Dövlət isə onun yetim qalmış uşağını yedirib-içizdirir və 10-15 ilə
yeni cinayətkar nəsil hazırlayır.
Ali insan kimdir?
1917-ci il inqilabından sonra hakimiyyətə gələn yonulmamış,
öküz kimi davranan nəsil genetika məsələsini birdəfəlik həll etmiş kimi
davrandı. Ölən öldü, qalanlar atalarından imtina etdi. Onlar ha çalışsalar
da yaradılmış sovet sisteminin yeni adamı yaxşı nəticə vermədi. Amma
sonunda cəmiyyətdə intellektallar və heyvanabənzər insanlar arasındakı
uçurum dərinləşdi. Hamı ortabablaşmaq əvəzinə künclərə çəkildi. Sovet
eksperimentlərində partiya xəttindən sapan hər kəsi məhv etməklə 45
faiz deyingən, 45 faiz qorxaq və 10 faiz paranoiklərdən ibarət cəmiyyət
alındı. Sovetlərin layiqli varisi olan rusların həyata davamlılığı hazırda
orda yaşayan qafqazlıların hesabına hələ ki, iflasa uğramayıb.
Bəziləri insan irqlərini heyvan növləri kimi müxtəlif hesab edir. Alman
üçün insan yetişdirməkdə yeganə yararlı millət almanın özüdür. Pilləkəndə
sonra yaponlar, roman xalqları və yenilikləri qəbul etməyə hazır olan
millətlər gəlir. Ən aşağıda semitlər, zəncilər və onların yaxın qoşumları
durur. Maraqlıdır ki, yapon üçün ən ali irq yaponun özüdür. Onlar heroqlif
yaza bilməyən qırmızı saçlı almanı ali saymırlar. Ali irqlərinsə heç
vecinə də deyil ki, Babilistan, Misir kimi ilk sivilizasiyanı elə semitlər
yaradıb. Onların gözündə semit bütün insan nailiyyətlərinə hərisliklə
baxan və gözünü ağ dərili qadınlardan çəkməyən qəsbkar kimi qalmaqda
davam edir. Belə ideyaların dövlət səviyyəsinə qalxması zamanı nə baş
verdiyini biz artıq faşizmin nümuməsində gördük. Özünü başqa millətlərdən
artıq bilən insanın özü məhvə layiqdir.
Faşist Almaniyasında məcburi kastrasiya «yararsızlar»dan başqa yəhudilərə,
qaraçılara, eybəcərlərə, ruhi xəstlərə, homoseksuallar v kommunistlərə
tətbiq edilirdi. Müharibədə uduzmuş Almaniyada qalib Amerika kiçik Hansın
imperiya iddiası il böyüyə biləcəyi hər şeyi qadağan etdi. Nəticədə
alman cəmiyyəti aşağı doğum həddi ilə bataqlığa çevrildi və burda «Məhəmməd»
ən populyar addır.
Vəhşi Qərbdə…
Nasizmdan başqa millətlər yevgenika ilə məşğul olublar. Cəmiyyəti
fahişələrdən, cinayətkarlarda, homoseksuallardan və başqa degenerativ
elementlərdən təmizləmək cəhdləri hamısı iflasa uğrayıb. 19-cu əsrdə
Amerikada türmə cəzası üstünə cinayətkar, xüsusilə də fahişə üçün sterilizasiya
da əlavə edlirdi. Sərxoşluqdan ayılmayan, isterik, axmaq, feminist qadınların
da başına belə iş gətirirdilər ki, nəsil artırmasınlar. Qadının işi
hamilə olmaq idi, kişi isə qaçan mustanqı dayandırmağı, min addımdan
hindunu öldürməyi və hər həyat hədisəsinə İncildən sitat gətirməyi bacarmal
idi. İnsest o vaxtlar ayıb deyildi. Amerikada «atası və qardaşından
tez qaça bilən qıza bakirə deyilir» tərifi ilə qızları təsvir edirdilər.
İndi ağdərili amerikalılar özündə əmin, yüksək mənəviyyatlı kimi təqdim
edilir. Hamı bilir ki, Amerikanın professorlarının 90, mühəndislərinni
70 faizi ölkədən kənarda doğulub.
Yevqenika üzrə təcrübələri Amerikanın tarixindən daha rahat
öyrənmək olur. Vaxtilə qul kimi Amerikaya gətirilib sonra azad edilmiş
zənci balalarına kollecə girəndə əlavə 5 bal verən ölkə bununla ağdərili
quldarın günahını yumaq istəyir. Amerikalılır keçən əsrin 70-ciillərində
artıq Aya uça bilmişdilər. Amma çubuğun o biri tayı da var axı. 2010-cu
ildə Detroytun meri şəhərin dörddə birini sökmək və məktəblərin yarısını
bağlamaq əmrini verdi. Çünki polis narkoman, bomj və cinayətkarlarla
dolu iri-iri kvartalları nəzarət altında saxlamaqda acizdir. Ona görə
də təbii fəlakət baş verən kimi Amerika şəhərləri bir günün içində 1-2
yüzillik dala düşərək Vəhşi Qərb zamanlarına qayıdırlar. Bunun əksi
kimi Yaponiyada baş verən zəlzələ zamanı yaponların davranışını xatırlayaq.
Yəhudilər niyə ağıllı, çinlilər işguzar oldu?
Yəhudilərin yevgenika məsələsində dəqiqdir və başqa millətlərlə
cütləşməyi sevmirlər. Həmişə qovulan yəhudilərin ağıllı olmaqdan başqa
çarəsi yox idi. 9000 nəfərin 1-ə nisbətində sağ qalmağın başqa yolu
görünmürdü. Bütün dünyaya səpələnmiş yəhudilər qohumlarıyla əlaqə saxlamaqçün
ən azı oxuyub yazmağı bilməliydi. Yəhudilər elmin qranitini gəmirməklə
və ticarətdə böyük uğurlarıyla cəmiyyətdə özlərinə yer qazandılar. Onlar
ağıllı amma o qədər də sağlam deyillər. Çünki polad əritmədən sonra
döyülən dəmirdə izlər həmişə qalır.
SSRİ təcrübəsində lazımi nəticələr çıxaran çinlilər anladılar ki, partiyaya
sədaqətlə uzağa gedə bilməzsən. Ölkədə əhalinin sayının kritik olmasına
baxmayaraq çinlilər nəsil artırmağa layiş olmayanların nəfəsini kəsib
ölkəyə daimi yaşayış üçün layiqli adamları dəvət etdilər. Ölkənin zir-zibili
gözünü yumub-açan kimi özünü Çin səddini o biri tayında gördü. Çində
ortababları incitmirlər, amma nəsil artırmağı nəzarətdə saxlayıblar.
Onlar yeməyə çörəyi və yatmağa yeri varsa yaxşı sayılır. Bu təcrübənin
nəticəsində Çin bütün dünyanı az qala udmuş böyük bir sənaenin sahibidir.
Hardan gəlmisənsə ora da get!
Dünya tarixi və ölkələrə ekskurs etdikdən sonra «Azərbaycanda
da yevgenika varmı?» sualı cavab axtarır. Cins insanlar yetişdirilməsi
məsələsi burda yüzilliklərdir ki, başına buraxılıb. Bir neçə il əvvəl
məhkəmə hakimi ilə söhbətim oldu. O, qanunsuz tikilmiş 22 evi sökdürmək
işində qanunun tərəfində olaraq evlərin sökülməsi qərarını vermişdi.
«Bəs onlar hara gedəcək? Bəlkə başqa yerdə yer ayırmaq olardı?» kimi
etirazlarıma «Hardan gəliblərsə ora getsinlər. Burda topalaşıb, içib
maşın qəzaları törətmələri lazım deyil» cavab verdi. Bu da bir növ yevgenikadır.
Yaxud bir dəfə ginekoloqda maraqlı səhnənin şahidi oldum. Qadın həkimə
uşağı yoxdur deyə müraciət etmişdi. Həkim ona elə təyinat yazdı ki,
hətta mən anladım ki, onu müalicə etmək fikrində deyil. Səbəbiylə maraqlananda
dedi: «O qadın bir xəstə uşaq doğub atıb yetimxanaya. Əri də yoxdu,
kimlə gəldi dolanır. İndi irsi xəstəliyi olmasına baxmayaraq birini
də doğmaq istəyir. Onun sağlam uşaq doğmaq şansı çox azdı». Bu həkimi
qəddarlıqda da ittiham edə bilərik. Amma o, şirin söhbətləriylə mənim
başımı aldıdıb 2-ci uşağı doğmağa məcbur etdi. Bu da bir növ yevgenikadır.
Şəhərimizin çox bahalı elit məktəblərinin birində şöbə müdiri müəllimlərə
belə bir elan etmişdi: «Bu uşaqları yaxşı-yaxşı öyrətməliyik. Çünki
onlar böyüyüb bizim müdirlərimiz olacaq». Yəqin ki, bu da insan nəslinin
yaxşılaşması uğrunda atılan bir addım sayıla bilər.
Xeyirxahlıq sonun başlanğıcıdırmı?
Alimlərin fikrinə görə gen mühəndisliyinin sürətli inkişafı
zamanı yevgenika öz aktuallığnı itirib. Bu gün inkişaf etmiş ölkələrdə
embrionun doğuşdan əvvəl, prenatal diaqnostiası mümkündür. Bəzən irsi
xəstəliklərin ehtimalı hələ 10 hüceyrə yaşından son dərəcə dəqiq hesablana
bilir. Yevgenika müsbət mənada elmin nailiyyətləriylə birləşsə yaddaşın
yaxşılaşdırılması, görmə qabliyyətinin artırılması, aktiv gənclik zamanın
uzadılması, toxumaların bərpası, fiziki davamlığın artırılması, xərçəng
riskinin və kökəlmənin qarşısının alınması məsələsində böyük irliləyişlər
olar bilər. Niyə hamı düşünür ki, insan bir növ kimi inkişafından qalmalıdır?
Vaxt vardı yemək qıtlığı olanda insan qəbiləsinin özünü dolandıra bilməyən
qocasını öldürürdü. Sivilləşdikcə insan əksinə, qocaların qayğısına
qalmağa başladı. Vaxt vardı insan şikəsti, əlili, yazığı öldürürdü.
İndi o, yetimin, yazığın, şikəstin, əlilin qayğısına qalır. Mərhəmət
hissi insanın mənəvi inkişfında daha bir mərhələdir.
P.S. Əgər bu yazını oxuya-oxuya hələ də dünyanı təmizləmək
ehtirasından əllərin gicişirsə, adamları tində oturmaq üsulu, ləhcəsi
və danışmaq manerasıyla fərqləndirirsənsə onda millətin genefondundan
silinməyə ilk namizəd elə sən özünsən.