Hərəmxana- həyatın qadın yarısı
Yaxud qızıl qəfəsdə
sürən həyat
Ərəb dünyası çaxnaşmaqda olarkən dünyanın o biri, nisbətən
sabit hisssi prosesləri kənardan izləyərkən yəqin ki, «görək bunun axını
nə olacaq?» deyir. Ərəb dünyasını, rəngarəng ənənələri olan şərq həyat
tərzini gendən müşahidə edənlərçün bu bolluq, zənginlik, sel kimi axan
neft pulları, 1001 gecə nağılları kimi şirin həyat, yaşmaqlı qadınlar
və yəqin ki, sirli-düyğüsal hərəmxanalar deməkdi. Amma keçən əsrin əvvəllərində
ərəblərin heç cibi olmazdı, çünki ora qoyacaq bir şeyi yox idi. Bunu
avropalıya desən bəlkə də inanmaz, çünki bu xalq 1001 gecə nağıllarının
prototiplərini görməsəydi belə zənginliyi uydura da bilməzdi. Nə 300-500
il əvvəl, nə di indi avropa düşüncə tərzi olan adam hərəmxananın nə
olduğunu anlaya bilməz. Kiməsə bu nağıl kimi gözəl və əlçatmaz, kiməsə
insan ehtiraslarının toplaşdığı iyrənc bir yer kimi görünər. Görəsən
hərəmxanaların iç üzünü görmək mümkündürmü?
Gözəllik - qüdrət, əzəmət mənbəyidir
Zənginlik, təmbəllik, eyş-işrət, şəhvət. Çılpaq qızlar hovuz
kənarında oturub, göbək rəqsi oynayır və öz ağasının başını qatır… Hərəmxana
dedikcə ilk əvvəl bu səhnələr canlanır. Amma reallaq başqadır.
Hərəm adı ərəbcə haram sözülyə qohumdur, ayrıca, qadağan olunmuş deməkdir.
Bu sözün ərəb dilinə akkad dilindən gəlməsi ehtimalı da var. Mənası
müqəddəs yer deməkdir. Yüksək vəzifəli adamın sarayı, ya da evinin qadınlar
yaşayan və qorunan tərəfi belə adlanır. Burda kişinin ailəsinin bütün
qadınları, yəni bacısı, anası, arvadları və evin qadın qulluqçuları
da yaşayır. Onlar hərəmağasının nəzarəti altındadır. Birinci arvadın
hərəmxana ağası titulunu bölüşmək ixtiyarı var. Sultan hərəmxanalarında
böyüklüyü padşahın anası edərdi. Onu sultanın validesi adlandırardılar.
Oğlu üçün qadın seçmək də onun vəzifsi idi. Hərəmxanaya düşmək çətin
olmurdu, amma orda batıb qalmaq, özünə yer qazanmaq və zənginlik içinəd
aşamaq hər kəsə nəsib olmazdı. Gözəl və istedadlı olmaq az idi, hiylgərlik
və siyasət işlətmək bacarıgı çox lazım olurdu. Yalnız ən ağıllılara
padşah, ya da onun vassallarının arvadı olmaq qismət olurdu. Qalanları
qocalıb əldən düşənəcən orda qalır və bütün hərəmxananın nökərinə çevrilirdi.
Bəzən qadına ərini yaxından görmək qismət olmurdu. Sayı bir neçə minə
çatan hərəmxanada rəqabət güclü idi.
Bəzi hərəmxanalarda dövlətdə qoyulmuş ciddi qanunlar işləyirdi. Türk
sultanlarının hərəmxanasında sultan yeni kəniziylə maraqlana, onu qanuni
arvadı edib qocalmış arvadlarını edam edə bilərdi. Günahı olan qadını
dəri kisəyə qoyub atzını büzməmişdən əvvəl ora zəhərli ilan, ya da vəhşi
pişik atardlar. Həmin kisənin içində olanlarla maraqlanmadan onu Bosfor
botazının sularına tullayardılar. Ona görə də qadınlar günah işlətmiş
olanda ipək iplə boğulmalarını xoşbəxtlik sanardılar.
Gözü doymuş kişinin səadət evi
Şərq ekzotikası, cəh-cəlal, dəbdəbə çarlığı və məhv olmuş
ümidlər məkanı. Müsəlman evinin qadın yarısı kimi adlanmış bu yer minlərlə
qadının bütün xülyalarını alt-üst etmiş, amma seçmələrə yalnız gözəllik
və ağıl sayəsində ucalmaq imkanı yaratmışdır.
Hərəmxanalar öz daxili həyatıyla yaşayaraq öz davranış qaydaları, öz
ənənələrini yaratmış, gözəllik və yoldan azdırma sənətində yüksəklərə
qalxmış və rəqibləri yox etmək məharətində görünməz nailiyyətlər qazanmışlar.
Əvvəllər əmir və sultanların kənizləri saxladığı yerə səadət evi adını
verirdilər. Bura azad qadınlar düşmürdü. Kənizlərdən kiminsə qismətinə
əmir, ya da sultanın arvadı olmaq düşürdüsə ona kadın deyirdilər.
Minlərlə rəqibi olan vaxtı qadının özünə hərəmxanada yer tutması üçün
uşaq doğması vacib idi. Çünki bəzən ağasının diqqətini illərlə gözləmək
lazım gəlirdi. Qadından gözü doymuş kişinin diqqətini çəkmək, onda intim
arzu doğurmaq sadəcə sağ qalmağın yollarından biri idi.
Hərəmxanalar zamanı Şərq çiçəklənmə dövrü yaşayırdı. Müdrik təbiblər
ay üzlü gözəllərin öz ağasını sevindirməsi üçün durmadan çalışırdılar.
Hərəmxananın keçilməz sədləri və hündür hasarlarına baxmayaraq onların
tapıntıları müasir parfümeriyanın əsasını qoydu. Bitki ekstraktları,
müxtəlif yağlar, sabun və ətirlər Avropaya hərəmxanaların hündür divarlarını
aşıb gəlib. Hərəmxanaya girmək qadağası pozulsaydı o adam başını itirməli
idi.
Şəhrizadın məsləhətləri
Şərqdə qadına münasibət çox incə məqamlarla zəngindir. Çünki
ərəb kişisi hələ uşaq ikən ailəsinin taleyi, sağlamlığı və bütünlükdə
həyatına görə məsuliyyət hissiylə böyüyür. Qadının da ailə uğrunda özünü
qurban vermək istəyini cəmiyyət bəyənir. Ona görə də qadının məişətlə
məşğul olub evin qadın yarısından o yana yetməməyini həm də qadın özü
istəyir. Onu orda xorla saxlayan yoxdu. Evlənmə çox bahalı prosedur
olduğundan ərəb kişisi böyük xərc çəkib evlənəndən sonra öz ləl-cəvahiratını,
incisini mütləq gizlətmək istəyir. Qadın kişinin gözləri və qulaqlarıdır
deyirlər. Yəni ki, 1001 gecə nağıllarındakı kimi qadın Şəhrizad kimi
həm vəhir, həm təbib, həm də padşağının dostu və nağıl deyənidir. Şərqdə
qadınlar nağıl yaratmağı çoxdan öyrəniblər. Kişinin işi isə daha ağırdır.
O, özünü sevdirməliidr ki, onun yeganə hökmdarı ola bilsin. Ona görə
də zənginlikdən başqa, qadının məsuliyyətini boynuna götürə bilmək istəyi
olmasaydı hərəmxanalar yaranmazdı. Öz növbəsində qadın kişinin maddi
durumunnu göstəricisidir.
Nəzərləri Şərqə çevirən kimi hərəmxana anlayışı ilə tanış olmuş adama
bura hüquqları tapdanmış qadınlar yığıncağı kimi görünür. Şərq qadını
isə avropalı kişilər barədə daha mənfi fikirdədi. Onlar düşünür ki,
qərblilər kobuddur, danışığı və xüsusilə də rəftarı bilmirlər, hər dəqiqə
adama əl vurmağa çalışırlar, lüzumsuz müraciətlər edir və fotosunu çəkməyə
cəhd edirlər.
Dünyada hərəmxana sözülə rəqabətə girəcək söz az tapılar. Bura həm cəzbedicidir,
həm də sirli. Bu sözü dilə gətirərkən adamın ilkin instinkləri nə vaxtsa
gözəlliyin əsil qiyməti verilən bir yer barədə nostalji duyğular oyadır.
Hərəmxana deyəndə bəziləri səhvən asiya üslubunda fahişəxana təsəvvür
edir. İslama qədər, yəni kişiyə rəsmən çoxarvadlılığı icazə verənə qədər
hərəmxanalar təbii sayılaraq həmişə və hər yerdə olub. Müdrikliyilə
əsrldərdə iz qoymuş Süleyman şahın hərəmxanasında 700 arvadı, 300 kənizi
vardı. Onun atası Davud şahın isə 100 arvadı vardı. Hər yeni hökmdar
zirvələrə çatdıqca hərəmxanasını şöhrət və qüdrət simvoluna çevirərək
adi insanların gözündən iraq və yalnız arzulana bilən məkana çeviriblər.
Padşahlar saraylarını ləl-cəvahiratla bəzədikləri kimi gözəl qadınlarla
əhatə edirdilər ki, torpaqların və xalqların üzərində hakim olduqlarını
bir daha gözə soxsunlar.
4 min nəfərlik cənnət
Hərəmxanalar barədə ilk yazılı mənbələr 15 əsrə aiddir və
Osmanlı imperiyasının hərəmxanalarından danışır. Əvvəllər burda yalnız
kənizləri saxlayardılar. Evlənəndə qonşu ölkələrin xristian validlərinin
qızlarıyla evlənərdilər. 2-ci Bəyaziddən sonra bu qaydalar dəyişdi və
sultanlar hərəmxana sakinləriylə evlənməyə başladı. Sultan 2-ci Mehmet
Konstantinopolu alandan sonra indiki Bəyazid meydanında qədim zamanlarda
Bursa və Ədirnədə olan sarayların nümunəsində saray tikdirdi. Topqapıda
yeni saray kompleksi tikiləndən sonra köhnə saray hərəmxana kimi işlədilməyə
başladı. Türk imperiasınnı qızıl dövründə Topqapı sarayında 4 min adam
yaşayırdı.
16-cı əsrin siyasəti sayəsində hərəmxanalar rus, ukrayna, gürcü, xorvat
qızlarıyda dolu idi. Hərəmxanalar tarixində sultan Süleymanın arvadı
ola bilmiş ukraynalı Roksalina xüsusi yer tutur. O, 40 il sultanın arvadı
ola bilmiş və 3 oğul doğmuşdu. Hərəmğalarına rüşvət verməklə, intriqalar
yapmaqla, taxt-taca varisləri öldütdürməklə öz yerini sarayda bərkidə
bilmişdi. Axı qanuna görə birinci arvadın döğdüğü ilk oğulun vərəsəlik
hüququ vardı. Qalan uşaqlar məhvə məhkum idi. Sultan Süleymanın saqqızını
necə oğurladısa o, birinci arvadından olan bütün uşaqlarını məhv elədi
və taxta Roksalinanın oğlunu varis elan etdi.
Biz qara qulların nəvazişinə öyrəşmişik
Qafqaz knyazları öz qızlarını hərəmxanaya göndərərdi ki, bəlkə
nə vaxtsa onlar sultanın seçdiyi qadınlardan biri olar. Hətta qız uşaqları
körpə ikən onlara belə bir laylay da oxunardı: «Bax, böyüyərsən, sultanın
arvadı olarsan, o da səni brilyantlara qərq edər». Kənizləri 5-7 yaşında
alardılar və fiziki cəhətdən tam yetişənədək saxlayardılar. Böyüdükcə
onlara musiqi öyrədər, etiket qaydalarını anlatar və kişiyə ləzzət bəxş
etməyin sirrlərini açardılar. Yeniyetmə ikən onu sarayda adam arasına
çıxarar, onun fiziki qüsuru, ya da ədəb qaydaları yerində olmasaydı
qiyməti düşərdi. Atası bu qıza görə gözlədiyindən az pul alardı. Atalar
qızlarını satdığı barədə sənədə qol çəkib bütün hüquqlarından imtina
edərdi. Sultanın arvadı olmağa layiq bilinmiş qızlar təhsillərini davam
etdirərdi. İslamı qəbul edib Quran oxuyar, xanım statusunu alandan sonra
isə məscidlər tikib xeyriyyəçilik edərdilər. Bütün çətinliklərə baxmayaraq
hətta kənizlər də gündəlik pul təminatı alardı. Bayramlarda, toy və
mərasimlərdə hədiyyələrə simiclik edilməzdi. 9 il ağasının diqqətindən
kənarda qalmış kənizin hərəmxananı tərk etmək hüququ vardı. Sultan ona
gehiz, ev verib ərə getməkdə kömək edirdi. Kənizə qul olmaqdan azad
edən sənəd də verilirdi. Amma bəzən azadlıq alıb ərə getmiş kənizlər
geri qayıdardı. Onlar deyərdi ki, «Biz qara qullarla ünsiyyətdən aldığımız
böyük ləzzətə adət etmişik». Axı axtalanmasına baxmayaraq hərəmağaları
diqqətdən kənarda qalmış qadınlarla cinsi yaxınlıq edərdi.
Hərəmxananın cəlladı
Hərəmxanaların ən vacib personajı əlbəttə ki, sultan, ya da
padşahın özüdür. Sonra rütbə sırasıyla validə, sultanın anası gəlir.
Oğlu taxta çıxmış ana dəbdəbəli mərasimlə yeni saraya köçüb yeni imarətdə
yer alardı. Sıraca sonra sultanın arvadı, kadın əfəndi gələrdi. Hərəmxananın
ən koloritli sakinləri cariyələr və kənizlər olardı. Bütün qadınların
təhlüksizliyi hərəmağısının boynunda idi. Hökumətdə vəzifə bölgüsündə
Dar-us-saadət (Baş hərəmağası) baş vəzir və şeyxulislamdan sonra üçüncü
adam idi.
Hərəmağaları çox vaxt Afrika ölkələrindən seçilirdi və qara dərili olurdu.
Padşahlar bunu bilərəkdən seçirdi ki, qadınlardan kimsə günah işlətmiş
olardısa doğulan uşağın rəngindən hər şey bəlli olardı.
Hərəmağası, xədimlər də 2 növ olurdu. Onlardan bəziləri hələ uşaq ikən
axtalanırdı və böyüyəndə onların saqqalı çıxmır və uca qadın səsi ilə
danışırdılar. Ərəblər deyir ki, belə hərəmağaları 35 yaşdan yuxarı yaşamır.
Yetkin yaşlarında axtalanmış xədimlər isə zahiri cəhətdən kişiyə oxşayırdılar.
Hətta axtalanmasına baxmayaraq onlarda seksual iştahası da olurdu. Həmin
bu hərəmağaları bütün qadağalara baxmayaraq hərəmxanadakı qadınlarla,
xüsusilə də ağanın diqqətindən kənarda qalmışlarla münasibət qururdu.
Seks və alkoqola gəlincə insan fantaziyasının hüdüdü yoxdur. Bir də
ki, hərəmağasının sözündən çıxmaq gələcəkdə hərəm sahibinin də gözündən
düşmək demək idi. Ona görə hərəmağası gözü düşdüyü xanımdan imtina almırdı.
Amma yeri gəlsə xədimlər bir zaman əzizlədiyi qadını öz əlləriylə öldürməli
də olurdu. Çünki hərəmxananın cəlladı da onlar özü idi.
İnternet forumlarda öz xoşuna axtalanan cavanlar barədə yazılaral rast
gəlmək olur. Onların məqsədi qeyri-leqal hərəmxanalarda işə düzəlməkdir.
Hətta deyirlər ki, hər il Ərəb Əmirliklərindən cərrahlar dəstəsi gəlib
əməliyyatları Qazaxstanda edirlər. Buna görə taleyini köklü şəkildə
dəyişmək istəyənə ağıllı başlı pul da verirlər.
Ərəbin həmişə hərəmxanası var
Ərəbləri hələ də hərəmxanası varmı soruşsaq onlar «əlbəttə»
cavab verər. Hərəmxana evin qadın yarısıdır. Rəsmi məlumatlara görə
sonuncu hərəmxana 1909-cu ldə bağlanıb. Topqapı boşaldılaraq muzeyə
çevrildi. Amma həm Türkiyə əyalətlərində, həm də ərəb ölkələrində qeyri-leqal
hərəmxanaların olduğunu deyirlər. Varlı kişilər müsəlmana verilmiş 4
arvad icazəsində sui-istifadə edərək qadınların sayını bir az artırıb
onların maddi problemlərini həll edərək balaca hərəmxanalar saxlayırlar.
Hələ də balaca qızlar əlindəki gəlinciyi kənara atıb evli qadınlar kimi
başına yaylıq bağlayıb ər evinə yollanırlar. Ərəb Əmirliklərində hərəmxanalarda
yaşamaq nisbətən zənginlik vəd edir. Amma burada da evin qadın yarısında
o, ərinin dinməz kölgəsidir. Əsrlər ötəndən sonra da hərəmxanalar kişilərin
qadın üzərində hakimiyyət nişanəsidir.
Ərəb xilafəti Avropaya öz mədəniyyəti və elmini gətirməklə yanaşı antik
dövrün müəlliflərinin artıq məhv edilmiş əsərlərini qaytarıb. Ərəblər
vaxtında onları tərcümə edib saxlamışdılar. Onlar yeni biliklər, dillər,
yeni irq eləcə də yeni enerji gətirmişdi. Avropa hərəmxanalardan xəbər
tutanda öz təsəvvürlərindən çox fərqli olduğundan böyük maraq doğurdu.
Ərəblər çıxıb gedəndən sonra da hərəmxanalar yoxa çıxmadı. İndi hərəmxanalar
kralların saraylarına köçərək bir qədər görkəmini dəyişdi. Xristianların
səlib müharibələri zamanı Avropaya təkcə pullar deyil, həm də qullar
axışıb gəlirdi. Bəzən zəbt edilmiş hərəmxanaların avadanlığı sakinləriylə
birlikdə Avropaya köçürülürdü. Səlib müharibəsindən elmi, fəlsəfi, tibbi,
texniki yeniliklərlə birlikdə şərqdən hərəmxanaların abu-havası da gətirilirdi.
Hərəmxananın içəridən görmüş ilk avropalı Foma Dallan olub. Onu 1599-cu
ildə Konstantinopola ezam ediblər ki, ispan kraliçəsi İzabellanın hədiyyəsi
olan orqan alətini kökləyib onu çalmağı türklərə öyrətsin. Dallana böyük
hörmət əlaməti kimi hərəmxanaya gitirib kənizlərdən ikisini seçmək təklifi
edilir. Sultan qonağını hasara tərəf gətirib özü kənara çəkilir. Hasardakı
pəncərədən içəridə top oynayan azı 30 gənc kənizi görmək olurdu. Onlar
o qədər gənc idi ki, ilk baxışdan oğlan uşağına oxşayırdılar. Amma çiyinlərinə
düşmüş mirvari düzülmüş hörüklərindən qız olduğu bilinirdi. Qızıl bilərzikli
yalın ayaqları qaçanda cingildəyirdi. Bütün gördüklərindən təsirlənən
qonağa elə gəldi ki, bütün bunlar ona başı bahasına başa gələcək və
o, düşünmədən qaçıb şəhər çıxdı.
Hərəmxanalar həmişə olub, yəqin olacaq da
Hərəmxana kişi arzularının tam şəkildə reallaşması kimi görünür.
Səndən asılı qadınlar bütün istəklərini düşünmədən icra etməyə hazırdır.
Müasir dövrün varlı sultan, şeyx və əmirlərin hərəmxanaları təkcə yerli
gözəllərdən ibarət olmur. Müsir kənizlər arasında striptiz rəqqasələrdən
tutmuş fotomodellər, gözəllik msabiqələrini qaliblərinə qədər müxtəlif
sort qadınlar var. Onlardan əksəriyyəti burda öz xoşuna yaşayır. Bəzən
müəyyən müddətə müqavilə bağlanır və sonunda alınacaq qonorar dəqiq
göstərilir. Qadın buranı tərk etməli olarsa alacağı məbləğ həmişə göstəriləndən
bir qədər artıq olur. Müasir ərəb dünyasında hərəmxanalara qadın toplayanlara
«maşate» deyirlər. Onların biznesi qanunsuzdur, ona görə də onlarla
əlaqə qurmaq çox çətindir. Onlar qızları klublardan, barlardan, striptiz
rəqqasələrdən özləri seçir. Hərəmxanaya düşməkçün bu da azdı. Qızlar
bütün analizləri verir və tam tibbi müayinədən keçirlər. Sonra onların
bütün bədənlərinin tam epilyasiyası edilir, hətta qoldakı, kürəkdəki
tüklər də yox edilir. Epilyasiyadan sonra qadının bədəni süd və bal
iyi verməlidir deyən təbii üsullardan istifadə olunur. Epilasiya çox
ağrılı olur, amma bu da imtahanlardan biridir. Əgər qadın ağrıya güclü
reaksiya vermirsə deməli o, yataqda da soyuqqanlı və ehtirassz olacaq.
Sonuncu imtahanı bu qızlardan 2 nəfər sakitləşdirici narkotik qəbul
etmiş kişi götürür. Hərəmxana sahibləri belə narkotikləri şərab əvəzi
icdiyindən duyğuları kütləşmiş kişilərin ehtirasa gətirməkdə ustad olmaq
lazım olur. Maşate seçdiyi qızlar arasında daim mubahisə salıb onları
qıcıqlandırır. Çünki ona münaqişələri tez və davasız həll edənə qadın
lazımdı. Amma bu yolla seçilmiş qızların hamısı hərəmxanaya düşmür.
Bəzən onların pasportlarını əllərindən alıb fahişəliyə vadar edirlər.
Hazırda dünyanın ən böyük hərəmxanası quldur Ben Belinki sayılır. O,
Cənubi Çin dənizi böyunca Malayziya yaxınlığında gəmiləri qarət edir.
Deyilənə görə orda 900 kəniz saxlanır. Sırada dünyanın ən varlı adamlarından
biri Bruney sultanıdır. Onun hərəmxanasında 700 kənizi var. Onlardan
bəzilərinə onun heç əli də dəyməyib, onların oxuyub-oynamaq üçün bura
gətiriblər. 1992-ci ilin ABŞ gözəli elan edilmiş Şennon Makketik də
sultanın hərəmxanasına düşmüşdü. O, burda 3 ay qalandan sonra müqavilə
üzrə vaxt bitdiyindən vətənə qayıdandan sonra sultanı məhkəməyə vermişdi
ki, guya onu fahişə kimi işlədibmiş. Araşdırma zamanı məlum olur ki,
hərəmxanada olduğu müddətdə nə sultan , nə də onun qardaşları, nə də
oğulları amerikalı xanıma əl vurmayıblar. Müqavilənin sonunda danışıldığı
kimi 100 min dollar və hədiyyə kimi brilyant kolyesini alıb çıxıb gedib.
Səddam Hüseynin hərəmxanasında müxtəlif millətlərdən olan 500 nəfərədək
qadın saxlanırdı.
Siyasi hərəmxana
Bəzən hərəmxananı xristian aləmindəki monastrlarla müqayisə
edirlər. Qadınlar burda yeni ad, yeni din alır və tam müti olmağa hazırlanırdılar.
Qızlar bura daxil olanda bütün dünya ilə əlaqələrini kəsərək keçmiş
həyatlarıyla vidalaşırlar. Onlar ixtiyarına verilmiş ərazidə yeyir içir,
yatır, rəfiqələrilə görüşür, rəqs edir, xırda əl işləriylə məşğul olurlar.
Ona görə də müqəddəs Qraal axtarışı haqqında hekayələrdə sirli qadınlar
arasına düşmüş cəngavərlər haqqında əhvalatlar əmələ gəlməyə başladı.
Dünyanın gedisi ərəb dünyasına da təsir etməyə bilməzdi. 1903-cü ildə
Dar-Benkiranə qul bazarında satılmış Lalla Yasminin nəvəsi mərakeşli
Fatimə Mernessinin də əhvalatı böyük əks-səda doğurdu. 15 il Fes hərəmxanasında
keçirmiş nənəsinin danışdıqlarından Fatimə 1984-cü ildə «Mərakeş qadınların
gözüylə», 3 ildən sonra isə «Siyasi hərəmxana» adlı kitabları çap etdirdi.
Hər iki kitab qadağan olundu. Siyasi hərəmxana kitabında peyğəmbərə
hörmət və sayğı saxlanılmaq şərtilə Məhəmməb peyğəmbərdən bu yana qadına
qarşı olan bütün haqsızlıqlar göstərilir və deyilirdi ki, peyğəmbərimizin
nəsihətləri təhrif edilmişdir ki, qadının müsəlman cəmiyyətində əsarətdə
olmasınıa bəraət qazandırılsın. Müəllif 1989-cu ildə Xomeyniyə xoş olmayanların
80 nəfərlik qara siyahısına salınmışdır.
***
Hərəmxana, göbək rəqsi və 1001 gecə nağılları - bunlar ərəb erotizminin
əsasını təşkil edir. Bütün bunların tamam yoxa çıxması üçün kiminçün
nağıl, kiminçünsə qızıl məhbəs olan bu dünya tamamilə yer üzündən silinməlidir.
Bele şeyləri isə bəni adəm bilməz…