Avropanın islam sunamisi
İslam Avropa üçün təhlükədirmi?
Bu gün Avropa iki bir-birinə zidd olan prosesin yanaşı yaşaması
faktı ilə barışmalı olur. Avropanın müsəlmanlaşması sürətlə getdiyi
dərəcədə də Avropada isilamafobiya, yəni islamlaşmaq qorxusu yayılır.
Avropalılar bunu etiraf etməyi sevməsələr də hamı bilir ki, Avropanın
üzü həmişə Şərqə doğru olub. Elmi, mənəvi, etik baxışlardan Avropa Şərqdən
çox şeyləri əxs edib. İndi isə Avropa Şərqin ən vacib incisi, həyat
təməlini mənimsəyir. Şərq və Qərbin qovşağında yaşayan bizlərsə neytral
pozisiyada oturub müşahidə edə bilrik.
Necə oldu ki, geridə qalmış avropalı ayıldı?
Bu gün Qərb dünyası bu günə qədər olmamış miqyasda İslama
üz döndərib. Bir dənə də alman rejisyor «Faust» çəkmək istəmir. Ona
görə də «Faust»u oxumayanlar Quran oxuyur. O biri tərəfdən «İslam təmbəl
və nadanların dinidir, «İslam dünyası isləyə bilmədiyi və passiv olduğu
üçün geri qalır», «Müsəlmanlar qurucu və yaradıcı əməyə alışmayıblar»
kimi şərhlər dünya müsəlmanları üçün hökm kimi səslənir. Qərb dünyasının
irəliləyişləri fonunda adama elə gələ bilər ki, müsəlman dünyası yuxudadır.
Amma Müqəddəs kitabımız bizi əksinəsini öyrədir. Qərbin tərəqqisinin
sirri sadədir. Tarixin hansısa məqamında nadan qərbliyə başa saldılar
ki, Allah uğurlu adamları sevər və O, istəyir ki, onun qulları çalışsın,
yaratsın, yeni üfüqlər açsın, pul qazanıb ailəsinə baxsın. Buna qədər
qərblilərin beynində katolik kilsə hakim idi. Katolisizm insan ehtiraslarını,
fiziki enerjini, ictimai, siyasi fəallığı, intellektual fəaliyyəti boğan
bir cərəyan idi. Bu zamanlar Avropa çox geridə qalmış idi, cadugərləri
tonqalda yandırır, kitabları məhv edir, kilsəyə qarşı çıxan alimləri
edam edirdi. Cəmiyyəti total nəzarət altında saxlayan qüdrətli kilsə
əbədi qala bilməzdi. Elə Qərbin özündə yeni cərəyanlar, protestantizm,
lüteranlıq, kalvinizm kimi xristian reformaçıları meydana gəldi. Reformaçılar
Avropada yeni - zəhmətkeşlik, yenilik axtarışı, elmi tapıntılara sövq
edən idealar səpələdilər. Bu cərəyanlar vətəndaşın ictimai və vətəndaş
aktivliyini hər xristianın borcuna çevirdi. Martin Lüter, alman protestantlığının
banisi deyirdi: «Əgər görürsən ki, cəllad, mühafizə, hakim məşğuliyyətində
çatışmazlıq var və sən özünü bu sahədə sınaya bilərsən, bununla məşğul
ol. Çünki hakimiyyət və qılınc hər ikisi Allah yolunda qulluqdur». Başqa
bir reformator Jan Kalvin deyirdi ki, artıq yaradılmış dünyada insanın
azadlığı var və insan öz yerini tapmaqla, həyatınnı mənasını axtarmaqlaYaradana
xidmət etmiş olur.
Bu konsepsiyaya görə insan zəhmət çəkməyi, həyatda özünə yer qazanmağı
ilə Allahın göstərişini yerinə yetirir. Bu idealar katolik kilsənin
həyata monax baxışını, dünyadan qaçma, ciddi həyat tərziylə özünü üzmə
adətini ortadan çıxardı. Nəticədə Yaradana inanan xristianın bütün həyat
tərzi Allahın şərəfinə olan borca çevrildi. Aktvliyin dərəcəsi o qədər
böyük oldu ki, bir neçə əsr ərzində Avropa məşhur Reformasını həyata
keçirə bildi. Avropa elmdə, hərbdə, coğrafiyada birinciliyi əlinə alaraq
kapitalistik münasibətlərin yaranması üçün bünövrə hazırladı.
Yaxınlıqda İslam vardı!
Avropa reformatorluğunun hazırlayan tarixi dönəmə baxanda
aydın olur ki, bu tip aktivliyi bir neçə əsr bundan əvvəl cəmiyyətdə
reallşdırmış İslamdan sava başqa yerdən əxz edə bilməzdi. Andaluziya
və Məqribdə müsəlmanların geridə qalmış Avropa ilə çoxəsrlik yanaşı
yaşaması izsiz ötüşmədi. Avropa katolik ruhaniliyin təsiri altında əl-ayağı
bağlı halda olarkən qonşuluqda İslam aktiliyi alqışlayırdı. Şəriətə
görə çalışqanlıq, zəhmət, əmək həmişə Allaha itaət kimi dəyərləndirilib.
İslam ilk günündən insanları cəmiyyət naminə çalışmağa çağırıb. Bir
hədisdə isə göstərilir ki, Məhəmməd peyğəmbər deyib: «Qiyamət günü əlinizdə
əkiləsi şitil varsa mütləq onu basdırın». Bu günün din alimləri, imamlar
belə şəraitdə Qiyamət günü ərəfəsində olarıqsa məscidə cumub günahları
yumaqçün dua etməyə çağırardı. Peyğəmbərimizsə bu cür vacib məqamda
yarımçıq qalmış işi başa çatdırmaqdan bəhs edir. Peyğəmdərimizin həyat
təcrübəsindən qaynaqlanan bəzi məqamlar var ki, müsəlman həyat tərzi
üçün örnəkdi: müsəlmanlar çalışmalı və işini axıra çatdırmalıdırlar.
Zəhmətinin nəticəsini axirətdə alacağına inamla və son məqamda Allahın
hüzurunda dayanacaqlarına inamla yaşamalıdırlar. Müsəlman üçün dini
və dünyavi aktivlik bir-birindən ayrılmazdır, yəni məsciddə namaz qılarkən,
öz evini inşa edərkən də çalışdıqları Allah naminədir. Müsəlman peyğəmbərinin
nümunəsinə uyğun olaraq şəri aradan qaldırmaq və haqsızlıqlara, zülmə
qarşı çıxış etməlidir. Müsəlman aktivliyində bütün hərəkətilər ən yaxşı
nəticəyə can ataraq, bilikləri cəmləyərək və səbr, inadla icra etməlidir.
Son 300 ildə Qərb dünyasında uçurum yaranıb
Avropa dövlətlərinni hamısı öz çıxışlarında vurğulayır ki,
İslam və Xristianlıq arasında münaqişə ola bilməz. İslamın terrora dəxli
yoxdur. Siyasi liderlər və ABŞ dövlət başçıları İslamı dəyərlərdən heyran
olduqlarını deyir və Quran əxlaqına yaxnlaşmağı arzulayırlar. Quranı
dərindən bəyənənlərdən bir də İngiltərənin keçmiş baş naziri Toni Blerdir.
O, Quranı dəfələrlə oxuduğunu deyir və Allah yolunda zəkat vermək məsləhətindən
lap heyran qalır. Toni Bler rəsmi çıxışlarında İslamın son dərəcə sülhsevər
və ədalətli olduğunu vurğulayıb. O, deyir ki, hər dəfə Quranı oxuyanda
qəlbi Allahın nuru ilə işıqlanır. BBS kanalına müsahibəsindən: «Mən
Quranı oxudum. Bu çox aydın kitabdır. İnsanlara həqiqət yolunu açıq
göstərir və sevgi və qardaşlıq meyarlarını aydın başa salır». ABŞ-da
baş verən terror aktından sonra Toni Bler bəyan etdi ki, İslamn nə terrora,
nə də müsəlmanlara heç bir dəxli yoxdur: «12-ci əsrdə səlib yürüşlərindəki
vəhşicəsinə qətllərin Xristosa dəxli olmadığı kimi Ben Ladenin də Quran
əxlaqından xəbəri yoxdur. Qərb İslamın həqiq üzünü görməyi istəməməsi
mövqeyindən əl çəkməlidir. Yəhdilər, xristianlar və müsəlmanlar İbrahimin
övladlarıdır və bu gün 3 dinin birləşməyə can atması zamanı yetişib.
3 din öz mənəvi dəyərlərini birləşdirib ümumi məqamları anlamalıdır»
Avropanın daha bir nüfuzlu adı - şahzadə Çarlz da İslam və müsəlmanlara
yaxınlığıyla tanınır. İlk dəfə İslama simpatiyasını 1993-cü ildə Oksford
Universitetindəki çıxışında deyib. Həmin vaxtdan müsəlman icması onu
bütün mərasimlərə dəvət edir və hər dəfə də o, İslam məzhəbinə heyranlığını
ifadə edir: «Biz, Qərbin sakinləri İslam ənənəsinin təlqin etdiyi kimi
təbiətin və bütün mövcud nemətlərin Yaradıcısına qarşı hörmət göstərməliyik
ki, kökümüzü tapaq. Müasir materializm çox ziyanlı idealogiyadır və
bəşəriyyətə hələ sox bəlalar verəcək. Son 300 ildə Qərb dünyasında insanları
ətraf mühitdən qoparmış dərin uçrum yaranıb. Bizə deyirdilər ki, inam
və elm bir-birinin əksidir. Bunun ziyanlı nəticələri artıq göz qarşısındadır.
Elm sübut etdi ki, dünya biz anladığımızdan dəfələrlə mürəkkəbdir. Materialist
elm artıq bir çox məqamları izah etməkdən aciz olduğun gizlətmir. Amma
İslam alimləri heç vaxt elmi tapntıları öz ağlının və istedadının nəticəsi
kimi qələmə verməyib. Çünki bilir ki, bunları etməyə onu ulu Allah vadar
edib. Mən Quranı oxuyarkən bəzi ayələr məni qəlbimin dərinliyinə qədər
sarsıtdı. Biz bir-birimizdən çox şeylər öyrənməliyik. İngiltərədə məktəblərdə
tədris prosesinə daha çox müsəlman müəllimləri cəlb etməliyik. Bütün
dünya ingilis dilini öyrənir, amma bizim ölkədə insanların zəkası və
ürəyinə yönəldilmiş biliklərə eytiyac var ki, bunu bizə müsəlman müəllimlər
verə bilər». Şahzadə Çarlz müsəlman tədbirlrinə, layihələrə spnrsorluq
və dəstək verən bir adamdır. Londonda Müsəlman Mərkəzini yaradılmasına
da o, 10 milyon funt ayırıb.
İslam təhlükəlidirmi?
Toni Bler və şahzadə Çarlzın İslama marağı çox vacibdir. Çünki
dünyada İslam barədə bilərəkdən təhrif olnmş məlumatlar yayılan zaman
siyasi liderlərin İslama bu cür münasibəti bütün dünyanın müsəlmanlara
münasibətini də dəyişə bilər. Amma İslamın Avropada yayılmasını ikrahla
qarşılayanlar dəstəkləyənlərdən daha çoxdur:
Uelsin milli assambleyasına namizədliini vermiş ingilis milli Partiyasınnı
üzvü Şion Ouens Quranı yandırmaqda ittiham edilib. İttihama görə müqəddəs
kitabın yandırılması videoya çəkilib və ekstremistlər arasında yayılıb.
«Ağların qanunu təslim olmamaqdır» yazılmış maykada o, kameri qarşısında
Qurana kerosin töküb yandırır. Hadisəni şərh edən polis «Bu tip iddialarda
sağlam yanaşmanın tərəfdarıyıq və cəmiyyətimizdə belə səbrsizliyə imkan
yaratmırıq» dedi. Bundan əvvəl isə Amerikalı pastor Ueyn Sapp və Terri
Conm ictimai şəkildə Quranı yandırmaqla Əfqan şəhəri Kandaqarda etiraz
aksiyasına səbəb olmuşdular. Nümayişdə 10 nəfər qurban getmişdi. Hadisəni
törədənlər sonradan demişdilər ki, «Biz dünyanı bir illüziyadan qurtarmaq
istədik. Qoy bilsinlər ki, İslam təhlükəli deyil».
İtaliyalı Orianna Fallaçi «Qəzəb və iftixar» kitabına görə İsveçrədə
ekstradasiyada yaşayır. Hollandiyalı karikaturaçı Nekşot antiislam rəsmlərinə
görə həbs edilib. Amerikalı yazıçı Reyçel Erenfeld Britaniyada Saudiyyə
biznesmeni tərəfindən böhtana görə məhkəmə qarşısında dayanıb. Hollandiada
Ayan Xirsi Ali, Avstraliyada 2 xristian pastoru məhkəməyə çağırılıb.
Danimarka karikaturaçı Uesterqard öz cızma-qaralarının bahasını öz ömrüylə
verəcəkdi. Kütləvi çıxışların fonunda Salman Rüşdinin lənətlənmiş kitabı
artıq o qədər də aktual görünmür.
Avropa İslam və Qurana müharibə elan edib
Bu gün dünya məktəblərdə hicab qadağası kimi kifayət qədər
böyük problemlə üzbəüz qalıb. Müasir təhsil sistemində materialistik
dünya görüşü və Allahın inkarı təbliğ edən sistemlər durmaqdadır. Təkamül
nəzəriyyəsi, darvinizm, materializm nəzəriyyələrinin davamçılarının
artıq fırıqdaqçı olduqları da məlumdur. Elm özü darvinizm nəzəriyyəsini
şövhə altına alıb. Dinin yoxluğunu elan elan edən materializm də 21-ci
əsrdə can verməkdədir.
Avropanın atdığı addımlardan bəllidir, o açıq-aydın şəkildə İslamla
mübarizə aparır. Avropaya islamlaşma sunamisi təhlükədirmi? Bütün dünyaya
təmkinlik dərsi keçən Avropa bu gün tolerantlığını və təmkinin itirib.
Ərəbləri, şərq ölkələrindən gəlmələrin ölkədən çıxarılması şüarı tez-tez
səslənir. Məqsəd artan cinayətkarlığın deyil, cəmiyyətin müsəlmanlaşmasının
qarşısını almaqdır. Dərinin başqa rəngi, başqa dinin artması avropalıları
qorxuya salıb. Müsəlmanları vəhşi heyvan kimi qəfəsə salmağı uca tribunalardan
deyənlər də tapılır. Cəmiyyətin müsəlmanlaşması məsələsi o qədər sürətlə
artan proses olmasa da siyasi liderlər bu məsələni qabartmaqla siyasi
dividentlər qazanmağa çalışır. Siyasi fiqur kimi artmaqda olan şəxs
Girt Vilders deyir ki, İslam özü artıq böyük problemdir. Çünki İslam
zorakılıq dinidir. O, Məhəmməd peyləmbəri zorakılığı dəstəkləyən adam,
Quranı isə başdan-başa zorakılıq yayan kitab adlandırır. Vildersin iddiasına
görə müsəlmanlar Avropada yaşamaq üçün, qəbul olunmaqları üçün Quranın
və əqidələrinin yarısından imtina etməlidirlər. «Avropanın islamlaşmasına
qarşı» aksiyası nümayişlər, elektron poçt vasitəsilə çağırışlar, internet
vasitəsilə tərəfdaşlar yığmaqla və aktiv şəkildə müqavimət göstərməklə
Avropanın islamlaşmaqdan çox qorxduğunu bir daha təsdiq edir. Bu cərəyanın
təşkilatçısı Anders Qravers deyir: «Biz mülayim müsəlmanlıq konçepsiyasına
inanmırıq və Avropanı Səudiyyə Ərəbistanı və İrana çevirməyə qoymarıq!».
Müsəlmanlara qarşı çıxışlar edənlər islamafobiyanın rasizm kimi qiymətləndirilməsi
ilə razı deyil. Onların fikricə sağlam düşüncə tərzi və özünü qoruma
instikti bunu tələb edir. «SİOE» cərəyanının saytında açıq aşkar yazılıb:
«İslam və demokratiya Quran təlimi və şəriət əsaslarını tənzimləyən
bəzi hədislərə görə bir-birinə tamamilə uyğun gəlmir». Saytın materiallarında
müsəlmanlar sözü islamçılar sözünün sinonimi kimi işlədilir.
«Məhəmməd peyğəmbər zamanımızda yaşasaydı onu ölkədən qovardım»
Bu qorxuların başında hollandiya siyastçisi Gert Vildersin çəkdiyi «Fitnə»
adlı antimüsəlman filmi dayanır. Hollandiyanın Xalq Partiyasının lideri
siyasi karyerasını İslama qarşı çıxışlar üzərində qurub. O, «Məhəmməd
peyğəmbər zamanımızda yaşasaydı onu ölkədən qovardım» kimi ifadələrdən
də çəkinmir. 2010-cu ildə Amsterdamda müsəlmanlara qarşı nifrəti alovlandırmaq
ittihamı ilə məhkəmə işi açıldı. Bu məsələ ilə bağlı Vilders xüsusi
sayt açıb məhkəmə tribnasını siyasi karyerada irəliləməkçün öz xeyrinə
və ideyalarının yayılması üçün iftifadə etməyə başladı. Həqiqətən də
bu məhkəmə prosesindən sonra Vildersin məşhurluğu artdı və növbəti seçkilərdə
partiyası ümumi səslərin 15 faizini toplaya bildi. O, deyir ki, ölkənin
baş naziri olsa paranca geyməyi, məscid timəyi və müsəlman ölkələrindən
immiqrasiyanı qadağan edəcək. Vildersin dediklərindən: «Ola bilər, biz
Avropanın islamlaşmasının sonuncu mərhələsini yaşayırıq. Avropada yeni
reallıq əmələ gəlib: rəngbərəng baş örtüklərində gəzən qadınlar, uşaq
arabaları və dəstə ilə uşaqlarıyla gəzişən ailələr, 4 metr irəlidə yeriyən
quldar ər, çoxsaylı məscidli küçələr… Bu, dini fanatların idarə etdiyi
gettodur. Avropada minlərlə məscid var, onlar xritian məbədlərindən
çoxdur. Hər şəhərdə bütün mədəblərdən uca olacaq iri məscidin tikinti
planı var. İri avropa şəhərlərinin bir çoxunda artıq əhalinin dörddə
biri məsəlmandır: Amsterdam, Marsel, Malma. Şəhərlərin əksəriyyətində
18 yaşlıların içində müsəlmanlar daha çoxdu. Paris müsəlman icmalarıyla
halqaya alınıb. Məhəmməd şəhər əhalisinin ən sevimli adıdır. Fransada
məktəblərdə müsəlmanlara qarşı danışmış müəlliflərdən - Volter, Didro
– yan keçməyi üstün bilirlər. Darvinə münasibətdə də eləcə. Xolokost
tarixi öyrənilmir. Çünki bu, müsəlmanların şərəfinə toxuna bilər. İngiltərədə
şəriət hüquq sisteminin bir parçasına çevrilib. İndi Avropada 44 milyon
müsəlman var. İslam nəinki cəmiyyət, hər bir şəxsin taleyini idarə etməkçün
yaradılmış sistemdir. İslam missiyadır. İslam azadlıq və demokratiya
ilə bir araya sığmaz. Onu kommunizm, ya da nasional-sosializmlə müqayisə
etmək olar. Bu da totalitar sistemlərdən biridir. Biz indi anlayırıq
ki, Uinston Çerçil niyə İslamı «dünyada ən mürtəce sistem» adlandıraraq
Quranı «Mayn Kamf»la müqayisə edirdi.( Çörçilin Quran və «Mayn Kamf»
əsərini müqayisə etdiyi «İkinci dünya müharibəsi» kitabı Nobel mükafatına
layiq görülüb – G.R.) İslam avropası Avropanı azıdlıq və demokratiyasız
nəzərdə tutur. Məni siyasi baxışlarıma görə təqib edirlər. Bilirik ki,
dissidentləri Yaxın Şərq, İran, Saudiyyə Ərəbistanında təqib edərlər,
Avropada, Hollandiyada yox. Ona görə süal edirəm, nə vaxtsa Çörçili
bu məsələyə görə məhkəməyə çağırardılarmı? İslam çoxalarsa, azadlıq
azalar».
İslamafobiya siyasi sifarişdir
Yazıçı Şelina Zəhra Canmühəmməd fikrincə siyasətçilər və jurnalistlər
bu məsələni öz xeyirlərini güdərək olduğundan çox şişirdirlər. İngiltərə
yazıçısı İmdad Ramazan deyir ki, Avropada müsəlmanlara qarşı münasibət
ona görə gərginləşdirilir ki, yerli əhalini İslama və müsəlmanlar qarşı
aparılan müharibələri dəstəkləməyə vadar etsin. Düşmən obrazı yaratmaqla
İrak, Əfqanıstan, Somali, Sdan, İranda aparılan müharibələrdə cəmiyyətin
dəstəyini qazanmaqdır. Heç kim düşünmək istəmir ki, artıq avropalı olmuş
müsəlman cəmiyyətdə terroçuluğu qızışdıracaqsa ən əvvəl özü zərbə altında
olacaq. Avropanın müsəlmanları Allahın qoyduğu qanunlarla yaşamağa çalışırlar.
Bu qanunlar həm də xristianların 10 həyat qanununa uyğundur. Müsəlmanlar
Avropa üçün təhlükədirsə, deməli xristianlarçün 10 əmr də Avropa təhlükəsizliyini
poza bilər. Məsələyə siyasi qızışdırmadan kənar baxışla nəzər salsaq
görərik ki, Avropanın islamlaşması adlı problemi yoxdur. Sadəcə son
50 ildə müsəlman cəmiyyətləri öz infrastrkturlarını inkişaf etdirərək
məscidlər tikir, halal qida sistemi yaradır, islam mərkəzləri, qəbirsanlıqlar,
məktəblər yaradır və siyasi həyata qoşulurlar. Artıq İngiltərənin lordlar
palatasında və ABŞ-ın Konqresində müsəlman təmsilçiləri var. Müsəlmanlar
başqa dinlərin nümayəndələriylə bəzi məsələlərdə birləşərək cinayətkarlıq,
narkomaniya kimi bəşəri problemlərin həlli ilə məşğul olurlar.
İkiüzlü Avropa
Avropa bir tərəfdən açıq, insanpərvər olduğunu bəyan edir,
o biri tərəfdənsə rasist və imperiyaçı xasiyyətini artıq gizlədə bilmir.
Avropada səslənən fikirlər bunu təsdiq edir: avropalılar Quranın redaktəsini
təklif edir və müqəddəs kitabı Hitlerin «Mayn Kamf» kimi kitablarla
müqayisə edirlər. Çünki elan edildiyi kimi dövlət hələ də dindən kifayət
qədər aralanmayıb. İngilis kraliçəsi həm də anqlikan kilsəsinin başçısıdır.
Skandinav ölkələrində cəmiyyətin həyatı dinlə çox sıx bağlıdır. Ona
görə də bir sual baş qaldırır: guya ki, dünya sivilizasiyanın başında
dayanmış Qərb mədəniyyəti müsəlmanların ekstremizmindən qorxaraq onlara
qarşı nifrət, baykot və deportaiya ilə hədələyirsə o özü də ekstremistə
çevrilməkdən narahat deyil ki? Əgər Avropanın göbəyində yəhudilərə qarşı
nümayişlər tələbi ilə çıxış etməli olsaq onda davranışına görə Avropanın
ikiüzlülüyünü həmən görərik.
Avrabiya yeni əmələ gəlmiş terminlərdən biridir və avropalı düşüncəsinə
zorla olsa da yeridilir. Bu termin Avropanın tutqun gələcəyini ifadə
edir ki, burada əksəriyyəti ərəblər və şərq xalqları olacaq, cəmiyyətdə
isə şəriət qanunları işləyəcək. Əslində problemin kökündə dayanan əsas
məqam olur ki, avropalılar İslamın nə olduğunu dəqiq bilmir. Məsələnin
görünən tərəfi, başı bağlı qadınlar, çox arvadlılıq, ailədə patriarxal
münasibətlər və dini zəmində yaranan münaqişlər avropalıları qorxudur.
Bu qorxunun ucbatından adamlar İslam və ekstremizm arasında olan ciddi
fərqləri görə bilmirlər.
***
Bu gün dünyada minlərlə adam dinini dəyişir. Amma məlum statistika var
ki, dünyada İslamı qəbul edənlər daha çoxdur. Müsəlmanlar ilə 2, 5 faiz
artımla çoxalır. Dünya siyasəti liderləri də bu faktı deməyə bilməz:
müsəlmanlar dünyanın ən çox artan qrupudur. 2000-ci ildə xristianlar
dünya əhalisinin 29,9, müsəlmanlar 19, 2 faizini təşkil edirdisə həmin
bu sürətlə artsa 2025-ci ildə xristianlar 25 faiz, müsəlmanlarsa 30
faiz olacaq.
Bütün dünyanın alimləri nə vaxtsa elmi tədqiqatlarında böyük, ali və
dərkedilməz qüvvə ilə üzbəüz qaldığına etiraf etməli olur. Ziyalılar
İslamı qəbul edib etməməyindən asılı olmayaraq tək Allahın varlığını
etiraf edir. İslam dünyanın yaradılışı barədə təsəvvürlərimizi təsadüflərə
bağlamadan vahid Allah inancına dəyişdi. İslam dini vaxtilə barbar adlana
biləcək bir toplmu islah edə bildisə deməli bəşəriyyətin hamısını islah
edə biləcək.