Fantaziyadan reallığa
Qanadı kəsilimiş quşların uçmaq cəhdləri...

İnsan fantaziyasının işıq üzü görməyən dolanbacları, arakəsmələri, hətta açarlı-kilidli siyirtmələrində gizlənmiş, heç sirdaşlarına deyilməyən, ürəklərdə xısın-xısın öz həyatını yaşayn arzuları və fantaziyaları nə vaxtsa gerçəkləşib. Bir balaca tezi geci var, bir qədər də səbr lazımdı ki, onnan bizdə artıqlamasıynan var. Düzdü, müasirləriniz sizi anlamayacaq. Hətta kimisi arxanızca, kimisi üzünüzə güləcək, kimisisə qarnını tutub gözündən yaş axanacan hırıldayacaq. Əgər qanacaqsızlıq eləyib ələ də salsa heç vecinizə almayın. Çünki o, nadandı, nə tarixdən başı çıxır, nə də keçmişdən xəbəri var. Belə halda aşağıdakı nümunələri əzbərləyib onların gözünə soxa da bilərsiz:
Buxarlı maşını kəşf eləyən R. Fulton yelkənsiz gəmilər tikməyi təklif eləyəndə Napoleon ona «Yelkənsiz gəmi? Bu ki, cəfəngiyyatdır» demişdi.
Məşhur kimyaçı Lavuzye başda olmaqla Fransız Elmlər Akademiyasının alimləri meteorit fenomeni ilə bağlı belə bir nəticəyə gəlmişdilər: «Göydən daş - filan yağa bilməz».
«Əgər uçan aparat havadan ağır olsa və belə bir gəmini kimsə tikməyə ürək eləsə o, ən yaxşı halda uşaq oyuncağı kimi bir küncdə durub göz oxşaya biləcək» - bunu fizik T. Edison demişdi.
Atom fizikasının pionerlərindən olan E. Rezerford isə «Atom enerjisini praktik məqsədlər üçün istifadə eləmək mümkün deyil» demişdi.
Nisbilik nəzəriyyəsinin yaradıcısı A. Enşteyn isə elə bil müasirlərindən bir tikə də fərqlənmirmiş. «Mən atom enerjisinin yaxın 100 ildə istifadəsinə inanmıram» demişdi.
Belə misalları çox çəkmək də olardı. Bilirəm, fantastik nəzəriyyələr irəli sürmək cəhtləri eləsəm sizi yenə də gülmək tutacaq. Noolar, mən deyim, sizsə özünüzü dövrümüzün dühalarıyla bir tutub (Yaxşı olardı ki, uyğun pozanı alıb, üzünüzə müvafiq ifadəni verib) «Yox, yox! Mümkün deyil! Ola bilməz! Ağlasığmazdır!» deyə bilərsiniz. Vaxt-zaman göstərir ki, ən qəribə, ən ağlasığmaz fantaziyalar da reallaşa bilər. Düzdür, bəziləri bu günü görməyəcək.
-Gün gələcək ki, Azərbacanda hər insaflı, savadlı insan özünü və ailəsini normal təmin edə biləcək. Bununçün o, heç kimin qapısını döyüb bir kəsin də qarşısında əyilməyəcək.
-Küçələrimizdən gələn gül ətrindən evdə oturmaq olmayacaq. Nənələr cocuqlara küçələrdəki ziyanlı bakteriyalar və zəhlətökən tozlar haqqında qorxulu nağıllar danışacaq.
- Yerli istehsaldan olan malları fəxrlə işlədib, bəzən onları əldə eləməkçün ürəkləri gedən millətlərə ərməğan edəcəyik. Onları satmaq bizim qürurumuza sığmayan bir hey olacaq.
-Kosmosa buraxılacaq növbəti kosmik gəmi üçün müsabiqədə yenə də Azərbaycanın istehsalı olan yeni model qalib gələcək.
- Rüşvət anlayışını uşaqlara anlatmaqçün əyani vəsait kimi xüsusi şəraitdə saxlanılan rüşvətxorlar xalqın qınağından çəkinib başını ayaqlarının arasından çıxarmağa ürək eləməyəcək.
- Cinayət sözü arxaik söz sayılaraq yalnız tarix fənnində, uzaq keçmişin ünsürü kimi işlədiləcək.
- Bütün millət gözünü neftdən gələn gəlirlərdən çəkəcək və anlayacaq ki, bundan qiymətli nəsnələr də var.
- Fəxr obyekti olan Koroğlu və Babək kimi qəhrəmanların sıralarında yeniləri - dili zorlu, sözü qüvvəli, nəfsi möhkəm, nəcib pəhləvanlar qatılacaq. Onların adlarını bilməyən uşaqlar utandığından evdən çıxa bilməyəcək.
- Dünyanın ən proqressiv düşünən beyinləri sayılan azərbaycanlıları verbovka eləyib öz tərəflərinə çəkib işlətməkçün dünyanın ən səviyyəli xəfiyyələri çalışacaq. Amma onlar «Yaşamağa da, ölməyə də Vətən yaxşı» məsəlini eşitməkdən yorulub paxıllıqlarından partlayacaqlar.
- Ədəb ərkan qaydalarını yerli-yerində öyrənməkçün ölkəmizə vaxtaşırı ekspidisiyalar təşkil ediləcək. Yığılan məlumatlar daş kitabələrə yazılıb gələcək nəsillərçün örnək olaraq qorunacaq.
- Ən rahat yollar, komfortlu yaşayış, üzügülər insanlar, təmənnasız xidmət, bolluq, firavanlıq – hamısı burda olacaq.
...
Nəsə eşitmirəm?! Dilinizin ucundakı «ola bilməz»i səsləndirin də... Fantaziyalar şirin gəldi sizə də?! «Ola bilər!» də deyə bilərsiz. Amma deyəsən siz də mənim kimi qarnını tutub hırıldayanlardan çəkinirsiz?

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?