Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Dünyaya qadin gözüylə baxanda...

Dahiliyin seksual cazibəsi

Alimlər qadınların dahilərə marağının səbəbini tapıblar

«Məlim balacam, həyatda cəmi iki işlə məşğul olmağın mənası var: elm və əxlaqsızlıq. Kitablar bizə kişilərin verə biləcəyi, abırsız nəvazişlər isə qadınlardan gözləyə biləcəyimiz ən yaxşı şeydir».
Valeri Larbo.

Davamı...»

Klara Setkin adına öpüşlər

8 mart qoşa X xromosomunun mədh edilmə günüdür

«Mən vəzifə başında, mitinqdə, ya da türmədə ölməyi arzulayıram»
Roza Lüksemburq

Etirazlar qəbul edilmir! Bir vaxtlar siz Klara Setkin, Roza Lüksemburq adına küçədə, 8 mart adına meydanlarda gəzişəndə o qədər də etiraz eləmirdiz. Bazar ertəsi xanımınıza verəcəyiniz hədiyyənin üstündə öpücüklər olarsa onlar da Klara Setkin və Roza Lüksemburqurunn adını daşıyacaq. Neynəməli, tarixi kimlərsə yaradır. Özü də 100 illik yubiley günündə etirazlar heç qəbul edilmir. Amma məncə 8 mart bayramına olan kişi etirazlarının 100 illik tarixi yoxdur.

Davamı... »

 

 

 

 

 

 

Araşdırma bölməsi

  • Əxlaqsızlıq və azadlıq

    İnsana azadlıq vermək lazımdı! Hələ ki, ali sayılan bu məxluqa eybəcərliyi, gözəlliyi, səadəti, murdarlığıyla baş-başa qoyub özünə nəticə çıxarmaq şansı verməsək, özündən baş çıxarmayacaq. Cəmiyyət insanı düz yola gətirmək kimi ağır və mənasız missiyasından əl çəkməsə, heç vaxt azad ola bilməyəcək. Hər kəs öz vicdanı və ruhu qarşısında cavabdehdi. Hər hansı addımı atarkən cəmiyyətin nə düşünəcəyini yox, özünün mənəvi artımında bu hərəkətin yerini ölçüb-biçməlidi.

    Davamı...

  • Hələ doğulmamış uşaqların göz yaşları

    Ana, məni eşidirsən?! Ana, mənə yaşamaq şansı ver. Mən sənin içindəyəm, ürəyinin hər döyüntüsünü eşidirəm. Sən sevinəndə mənə də atılıb düşürəm, sən kədərlənəndə mənim də qanım qaralır. Mən sənin karyerana mane olmaram, ana! Axı mən həkimlərin dediyi kimi bir parça laxta qan deyiləm, sən bunu bilirsən. Axı onlar bilmir ki, məni öldürəndən sonra sənin də həyatında sakitliyin, rahatlığın olmayacaq. Mənim ağlamağımı sən həmişə eşidəcəksən. Çiçəkləyən, meyvə tökən bağlarda bircə mənə yer olmadı? Bütün dünyanı sevən ürəyində bircə mənim sevgimə yer tapılmadı? Başa düşürəm, sən məni planlaşdırmamışdın. Məni öldürmə, ana! Ölənlərinizi kəfən büküb torpağa basdırırsız, bəs niyə bizi odda yandırır, zibilliyə atırsız? Müharibələrdən qorxur, qan tökmək istəmirsiz, bəs niyə bizim qanımıza qıyırsız? Heç heyvanlar öz balasını öldürmür.

    Davamı...

  • Biz, Avropa və İslam

    Biz, Avropa dəyərləri ilə yaşamağa can atan və həyatını dünyəvi kontekstdə görmək istəyən azərbaycanlılar 21-ci əsrin əvvəlində bəlkə olmazın dərəcədə Avropaya can atırıq. Onun mənəvi dəyərlərinin laxladığını, başqa ölkələrə qarşı münasibətində ikiüzlülüyünü bilsək də, ən ümdə arzularımızda özümüzü Avropada yaşayan görmək istəyirik. Bizi söz azadlığı, Avropanın insana verdiyi özünü reallaşdırmaq imkanı və ağlı-başı üstündə olan insanlarla ünsiyyət cəlb edir. Bəlkə də biz öz ölkəmizdə bu cür quruluş yarada bilmək ümidindən əl çəkdiyimizdən Avropaya bir xilaskar kimi baxırıq. Ya da yaşadığımız şəraitdə yeni, normal insani cəmiyyət yarada bilməyin mümkünsüzlüyünü anladığımızdan Avropanı bura gətirməkdənsə özümüz Avropaya köçməyi daha asan başa gələn sayırıq.

    Davamı...

  • Alimlər Allahı necə görür?

    Dünyanın bütün materialistləri və ateistləri bir yerə toplaşsa və ali yaradanın olmadığını sübuta yetirməyə çalışsa bircəcik, yeganə həqiqəti dana balməyəcəklər: Elmin öyrəndiyi ətraf mühitin bütün fenomenləri Allahın yaratdıqlarıdır. Ona görə də yəqin ki, elm və din yanaşı, hətta harmoniyada olmalıdı. Təbiətin quruluşunu öyrənən, Kainatın qanunlarını kəşf eləyən alim əslində elə Allahı dərindən öyrənən insandır.

    Davamı...

  • O dünyanın nağılı

    Belə çıxır ki, eyibini əncir ağacıyla örtməyi təzəcə öyrənmiş insan o biri dünyalardan daha yaxşı baş açırdı , nəinki sivil bizlər. O bilirdi ki, onu hansı maneələr gözləyir, qarşısına nələr və kimlər çıxa bilər. Bilirdi ki, bağlı xalçanı örtmək, açıq xalçanı bağlamaq lazımdı. Hansı qapıda hansı sözü deyərlər, kimin başını sığallarlar, kimdən gizlənərlər. Misirdə «Ölülər kitabı» adıyla bütün dünyaya tanınan kitab da əslində bir növ yolgöstərici nağıldı. Burada ölənlərə yol göstərilir, kimə nə deyəcəyi və maneələri necəı keçəcəyi məktəb dərsliyindəki kimi pillə-pillə öyrədilir. Bəlkə də həqiqətən yuxarı qatlarda «Adam-madam iysi gəlir, yağlı badam iysi gəlir» deyə-deyə oturub insan gözləyən yırtıcı var?

    Davamı...

Yuxariya doğru